2 Avqust, 2014
"Neftçi"dən "Qarabağ"a kömək

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun "Neftçi"yə müraciəti əsasında bu klubun prezidenti Sadıq Sadıqovun göstərişi ilə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu Ağdam komandasının məşqi üçün istifadəsinə verilib.

Bu haqda Simsar.Az saytına paytaxt klubunun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, "Qarabağ" klubu bu gündən etibarən Avstriyaya gedənədək məşqlərini Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində qarşılaşacağı "Zalsburq"la görüşün hazırlıqlarını "Neftçi"nin istifadəsində olan Bakıxanov qəsəbə stadionunda keçirəcək.

"Neftçi" komandası da öz növbəsində "Qarabağ"ın mərhələ keçəcəyinə inanır və "Zalsburq"la görüşdə Ağdam təmsilçisinə uğurlar arzulayır.

Qeyd edək ki, avqustun 6-da keçiriləcək "Zalsburq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında baş tutan ilk görüşdə Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!