1 Avqust, 2014
Türk müğənni Azərbaycan konsertini təxirə saldı - FOTO

Simsar.Az xəbər verir ki, Türkiyənin tanınmış ulduzu Doğuş, avqustun 2-də Bakıda restoranların birində verəcəyi konserti təxirə salıb.

Azərbaycana olan sevgisi ilə seçilən müğənni, bunu Tər-Tər bölgəsində 9 şəhid verməyimizlə əlaqələndirib : "Azərbaycan konsertimi təxirə saldım.

Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yaxın vaxtlarda görüşmək arzusu ilə..."

Qeyd edək ki, Doğuş bu sözləri Azərbaycan bayrağının fotosunu paylaşaraq şəxsi İnstagram hesabında edib.

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!