1 Avqust, 2014
Səhnəyə çıxmaqdan imtina etdik - AÇIQLAMA

Bu gün Restoranlardan aldığımız məlumat əsasənda xəbər vermişdik ki, bir neçə müğənni və qrup, bu gecə restoranların təşkil etdiyi şou-proqramlarda iştirak edəcəklər. Adını çəkdiyimiz müğnnilərdən Sevil-Sevinc bacılarının produsseri Mehri Əliquliyeva, konsert proqramından imtina etdiklərini bildirib.

Simsar.az-a açıqlama verən produsseri deyib ki, bu gün konsert proqramı olsa da, əsgərlərimizin açı xəbərindən sonra səhnəyə çıxmaqdan imtina etdik: “Bizim bu restoranda konsert proqramımız var idi, ancaq əsgərlərimizin şəhid olduğu gün belə proqrama çıxmaq bizə yaraşmaz, biz də bu millətin övladlarıyıq”.

Mehri Əliqulyeva, ümumiyyətlə Sevil, Sevinc bacılarının bu məsələlərə çox həssas yanaşdığını bildirib: “Sevillə Sevinc Ağdamın işğalı günü efirə qara geyimdə çıxdılar. Onlar bütün verlişi Ağdamın işğalına həsr elədilər. Belə məsələlərə həssas yanaşmaq lazımdır”.

Qeyd edək ki, Simsar.az informasiyanı restoranların verdiyi məlumat əsasında əldə etmişdi.

Vüsal Qarayev


 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!