5 Avqust, 2014
Sufizmin izləri, naməlum məzarlar, “Yeddi günbəz” – FOTOREPORTAJ

Şamaxının Şəhriyar kənd yoluna yaxın, hündür təpələrin üstündə Orta əsrlər dövrünə aid məzarlıq və “Yeddi günbəz” türbəsi yerləşir. Türbələrin sayı yeddi olduğu üçün bu abidələr “Yeddi günbəz” adlanır. “Yeddi günbəz” türbələri Azərbaycanın səkkizbucaqlı türbələri qrupuna daxildir. Lakin burada türbələrin yuxarı hissəsi piramida şəklində çadırvari günbəzlə deyil, adi günbəzlə örtülüb.

XVIII əsrin axırlarına XIX əsrin əvvəllərinə aid abidələr əsasən xanların şəxsi ehtiyacları üçün tikdirdikləri binalardan ibarət olub. Bu türbələr axırıncı Şamaxı xanı Mustafanın ailəsinə mənsub şəxslər üçün tikilib. XVIII-XIX əsrə aid türbələrdə sufi din adamlarına aid olduğu güman edilən məzarlar var.

Hazırda sayı yeddi olan türbələrdən üçü qalıb, biri tamamilə, üçü isə yarıya qədər dağılıb. “Yeddi günbəz” və ətrafındakı Orta əsrlərə aid məzarlıq tarixi araşdırma predimeti olsa da, görüntüyə baxarkən təəssüf  hissi ilə qeyd etmək olar ki, sonuncu dəfə araşdırmaçıların  bura nə zaman gəldiyi məlum deyil. “Yeddi günbəz” və Orta əsrlərə aid tarixi məzarlıq getdikcə elə tarixə də qovuşur...

Nuranə Novruz

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!