1 Avqust, 2014
Nazir "Milli Kino Günü"ndə

Bu gün Nizami Kino Mərkəzində Milli Kino Günü münasibətilə tədbir keçirilib.

Simsar.az AzərTac-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə kino mərkəzinin foyesində Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış sərgi ilə tanış olublar. Sərginin ekspozisiyasına müxtəlif illərdə lentə alınmış Azərbaycan filmləri üçün çəkilən dekorasiyaların və geyimlərin eskizləri daxildir.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan kinosunun uğurlarından söz açıb.

Tədbir çərçivəsində bir qrup kino veteranı mükafatlandırılıb və “yenifilm.az” gənclər üçün kino müsabiqəsinin qalibləri elan olunub.

Sonda C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Nabat” filmi nümayiş olunub.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!