31 Mart, 2011
Batareyaların "-", "+" -u ləğv edilir

“Microsoft”un yeni texnologiyası batareyaları istənilən istiqamətdə daxil etmək imkanı verəcək

“Microsoft” korporasiyası batareyaları qurğularda quraşdırarkən mənfi və müsbət işarələrin istənilən istiqamətinə yerləşdirilməsinə imkan verən “InstaLoad” adlı yeni texnologiyanı patentləşdirib. Simsar.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “InstaLoad” texnologiyasından istifadə edərkən batareyaların hər iki tərəfində həm müsbət, həm mənfi terminalları yerləşdirilir. 

Müsbət işarə mərkəzdə, mənfi isə daha geniş əraziyə malikdir və mərkəzi əhatə edir. “InstaLoad” istənilən AA, AAA, C, D batareyalarında, o cümlədən enerji ilə doldurulan akkumulyatorlarda tətbiq oluna bilər. Hesab olunur ki, bu cür batareyalar akkumulyatorları tez-tez əvəz edilən qurğuların sahibləri üçün daha çox lazım olacaq.

Yeni texnologiyanın istifadə olunmasına dair lisenziyanı artıq bir neçə şirkət əldə etmək niyyətindədir. Tanınmış akkumulyator istehsalçısı “Duracell” şirkəti, eləcə də “AE Light” fənər istehsalçısı da onların arasındadır

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!