1 Avqust, 2014
Novruz Əzimov: “Bakı” dağıla bilməz” – TƏKZİB

“Bakı” Futbol Klubunun idman-direktoru klubun dağılması ilə bağlı xəbəri təkzib edib

Simsar.az saytına açıqlamasında “məndə belə bir informasiya yoxdur. İnandırıcı məlumat deyil. “Bakı” klubu dağıla bilməz”, - deyən Novruz Əzimov məlumatın yanlış olduğunu bildirib.

Qeyd edək ki, gün ərzində mətbuatda “Bakı” Futbol Klubunun buraxılması barədə xəbər dərc edilmişdi.

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!