31 Mart, 2011
Röya 5 dəqiqədə 10 paltar dəyişəcək

Müğənni Röya vaxtilə “Karvan” qrupunun ifasında məşhurlaşan “Polismen” mahnısına klip çəkdirir

Bu barədə xəbəri Lent.az-a rejissor Nail Naiboğlu məlumat verib: “Müğənni Röya ilə əməkdaşlığa hazırlaşırıq. Hazırda “Polismen” mahnısının klip çəkilişlərinə hazırlıq gedir”.
Çəkilişlər pavilyonda, fərqli atmosferdə olacaq: “Maraqlı klip hazırlamaq üçün 10 kostyum hazırlanır. Yəni bir klipdə onu 10 fərqli geyimdə görəcəksiniz. Bu klipdə Röya rəqqaslarla birlikdə sinxron rəqs edəcək. Üstəlik müğənnimizin tərəf müqabili də var. Bu adını hələlik açıqlamaq istəmədiyimiz modeldir”.


Nail Naiboğlu klipin bahalı olduğunu deyib: “Onu da deyim ki, bu klip bahalı kliplər siyahısında olacaq. Öz qonorarımı isə açıqlamaq istəmirəm. Mənə çatacaq məbləğ barədə danışmamışıq. “Pulsuz çəkirəm” də deməyəcəyəm. Çünki belə şey olmur. Bizim pulsuz dediyimiz kliplərdə mütləq texniki vəsaitlərə pul xərclənir. Aldığımız məbləğ isə haradasa müğənni üçün hədiyyə kimi qəbul oluna bilər. Röya dostumuzdur. Mən onun dəyərini bildiyimi kimi, o da mənim dəyərimi bilir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!