31 Mart, 2011
Musiqi yarışmasının qalibi qəflətən dünyasını dəyişdi

20 yaşlı Babək Surxayev dünən gecə qəflətən dünyasını dəyişib

Xaçmaz rayonunda musiqi yarışının qalibi olan müğənni ölüb. Rayon sakinlərinin Simsar.az -a verdiyi məlumata görə, 20 yaşlı Babək Surxayev dünən gecə qəflətən dünyasını dəyişib. 

Onun ürək dayanmasından vəfat etdiyi deyilir.

Mərhum yerli RTV kanalının musiqi yarışında 1-ci yerə çıxmışdı. Babək Surxayev həmçinin "Xaçmaz TV"də yayımlanan "Arzu çələngi" musiqili proqramının solisti olub.

Müğənnilik fəaliyyətinə yeni başlasa da, Babək Xaçmaz rayonunda xeyli populyarlıq qazanıbmış.

Xaçmaz Rayon Polis Şöbəsindən Milli.Az-a açıqlamada gənc sənətçinin ölüm xəbərini təsdiqlədilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!