1 Avqust, 2014
“Zalsburq” – “Qarabağ” oyunu şotland hakimə tapşırıldı

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Zalsburq" - "Qarabağ" oyununu idarə edəcək hakimlərin adı müəyyənləşib

Simsar.az xəbər verir ki,  "Red Bull Arena"da baş tutacaq matçı şotlandiyalı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Robert Madden olacaq. Ona həmyerliləri Qraham Çambers və Alastair Mazer köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Brian Kolvin yerinə yetirəcək.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!