1 Avqust, 2014
Ermənistandan gülünc İDDİA: “Azərbaycanın xeyli silah-sursatı ələ keçirilib”

“Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin xeyli sayda silah-sursatı və texniki vasitələri götürülüb”.

Simsar.az xəbər verir ki, qondarma Dağlıq Qarabağ Müdafiə Nazirliyi Panorama.am saytı vasitəsi ilə növbəti dəfə yalnış informasiya yayıb.

İddia edilir ki, Azərbaycan diversantlarının Ermənistanın şimal sərhədlərindən hücuma keçib. Azərbaycan hərbçilərinin  qəfil həmləsi Ermənistan ordusunda itkilərə səbəb olub. Ermənilər daha sonra böyük çətinlik çəkərək, Qarabağa doğru irəliləyən Azərbaycan əsgərlərinin qarşısını çətinliklə ala bilib.

Ancaq qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri də itki verib.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!