1 Avqust, 2014
“Kanales “Neftçi”yə qayıda bilər”

Böyükağa Hacıyev hücum xəttindəki problemlərdən narahatdır

Simsar.az xəbər verir ki, “Çixura” ilə Avropa Liqasında baş tutan oyundan sonra jurnalistlərin qarşısına çıxan Böyükağa Hacıyev komandadakı problemlərdən danışıb. Hücum xəttindəki boşluqlardan narahat olan çalışdırıcı bu boşluqları doldurmaq üçün hücumçu transfer edilməsinin labüd olduğunu dilə gətirib. Hacıyev, həmçinin Nikolas Kanaleslə danışıqlar aparıldığını və onun komandaya qayıtmasının istisna edilmədiyini bildirib.

Qeyd edək ki, 2012-13 mövsümündə “Neftçi”nin şərəfini qoruyan 29 yaşlı forvart bu komandanın heyətində keçirdiyi 31 oyunda 26 dəfə fərqlənməyi bacarıb.

 

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!