1 Avqust, 2014
Bakıda əsas yollardan biri bağlandı

Bakıda əsas yollardan biri avtomobillərin hərəkəti üçün məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Simsar.az-a verilən məlumata görə, yol təmir olunmaq üçün bağlanılıb.

Belə ki, Abdulvahab Salamzadə küçəsində (yol ötürücüsünün üstündə) aparılan təmir işləri ilə əlaqədar olaraq Qələbə dairəsindən Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Abdulvahab Salamzadə küçəsi, Kənar yoldan və Cavadxan küçəsindən istifadə etmələri tövsiyə olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!