31 Mart, 2011
BİABIRÇI OLAYDA ZEYNƏB XANLAROVANIN ADI ÇƏKİLDİ

Aygün Kazımovanın qızı ilə bağlı əxlaqsız videonun müəllifi məhkəmə qarşısında

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə İbrahimovanın videosunun müəllifi Orxan Daşqın Hacı-Daşqın oğlu xalq artisti Zeynəb Xanlarovanın bacısı nəvəsidir. Bu məlumatı var.az-a daşqınlar ailəsinin adını açıqlanmasını istəməyən yaxın dostu verib. Hazırda 20 yaşı olan Orxan Daşqın 3 il əvvəl telekanallardan birində yayımlanan meyxana yarışmasında iştirak edən meyxanaçı Vahid Qədimə “VAZ 2107” markalı maşın və “qızıl nömrə” bağışlayıb. 

Hədiyyə canlı yayımda o vaxt 17 yaşı olan Orxan Daşqın tərəfindən təqdim olunub. Şou aləminə ciddi maraq göstərən gəncin video materialı yayımlamaqda hansı məqsəd güddüyü isə yəqin ki, məhkəmədə araşdırılacaq. Çünki xalq artisti Aygün Kazımova faktla bağlı məhkəməyə müraciət edib.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!