1 Avqust, 2014
Amazon yerlilərinin mədəniyyətlə ilk tanışlığı

Brazilya-Peru sərhəddindəki Amazon cəngəlliklərində yaşayan və dünya ilə heç bir bağlantıları olmayan yerlilər ilk dəfə görüntülənib. Simsar.az xəbər verir ki, Brazilya mərkəzli yerliləri müdafiə qurumu FUNAİ tərəfindən çəkilən görüntülərdə üç Amazon yerlisinin bölgədə müasir şərtlərdə yaşayan xalq ilə qarşılaşdıqları görülür. Fit çaldıqları və heyvan səsləri çıxardıqları bildirilən yerlilərin çox ürkək olduqları da qeyd edilib. FUNAİ nümayəndələri, yerlilərin bölgədəki narkotika qaçaqmalçılığı edənlərə görə tez-tez yaşadıqları yeri tərk etmək məcburiyyətində qaldıqlarını söyləyib.

Günel

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!