1 Avqust, 2014
İsrailli əsgər: “Bu gün Qəzzalı 13 uşağı öldürdüm”

İsrailli snayper internetdə “Bu gün Qəzzalı 13 uşağı öldürdüm”, - başlığı ilə şəkillər paylaşıb. İsrail Baş Naziri Netanyahu isə, “Atəşkəs olsa da, olmasa da əməliyyatlara davam edəcəyik”, - deyib.

Qəzzada 7 iyuldan bəri günahsız uşaqların amansızlıqla qətlə yetrilməsinin İsrail tərəfində necə bir sevinc yaratdığının daha bir sübutu ortaya çıxıb. İsrailli snayper sosial mediada Qəzza hücumlarında bir gündə 13 fələstinli uşağı öldürməsiylə öyünüb.

David Ovadia isimli əsgər, instaqramdakı hesabında, “Bu gün 13 uşağı öldürdüm, sonra da s... Müsəlmanları cəhənnəmə göndərəcəm” yazıb.

İsrailli qatil qısa zamanda gələn etirazlardan sonra şəkili hesabından silib.

Yaxın günlərdə Təl-Əvivdə toplanan sağçı israillilər, “Qəzzada sabah məktəblər tətil edir, çünki btün qəzzalı uşaqları öldürdük”, şuarları səsləndirmişdilər.

Vüsal Qarayev

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!