1 Avqust, 2014
Şəmkirdə ev yandı

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin  saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı kürsülü evin yanar konstruksiyaları 130 kv.m sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!