1 Avqust, 2014
Tayvanda qaz faciəsi: 15 ölü - FOTO+VİDEO

Tayvanın Kaohsiunq şəhərində qaz sızması nəticəsində meydana gələn partlayışda 15 nəfər ölüb, 228 nəfər yaralanıb.

Simsar.az Tayvanın Milli Yanğınsöndürmə Agentliyinə istinadən xəbər verir ki, qaz sızması nəticəsində meydana gələn partlayışda ölənlər arasında 5 yanğınsödürən də var.

Tayvan prezidenti Jiang Yi-Huah, hadisənin ardından verdiyi açıqlamada, şəhərdə axşam saatlarında 5 partlama meydana gəldiyini deyib.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!