1 Avqust, 2014
Xəzərdə ZƏLZƏLƏ

Avqustun 1-i, saat 01:29-da Xəzər dənizində 4,6 bal gücündə zəlzələ baş verib.

Simsar.az-ın  “Kavkazskiy uzel” saytına istinadən xəbərinə görə, yeraltı təkanlar Dərbənd şəhərindən 66 km şimal-şərqdə, Mahaçqaladan 120 km çənub-şərqdə qeydə alınıb.

Zəlzələnin ocağı 60 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!