1 Avqust, 2014
Qəzzada 72 saatlıq atəşkəs

BMT Baş Katibi Ban Gi Mun və ABŞ xarici işlər naziri Con Kerry, İsrail ilə Həmas arasında 3 günlük atəşkəsə nail olduqlarını açıqlayıblar.

Ban və Kerry, yazılı açıqlamalarında, BMT təmsilçisi və xüsusi kordinator Robert Serrynin, tərəflərdən 3 günlük atəşkəs üçün təminat aldığını bildiriblər.

Atəşkəsin bu gündən etibarən saat 6:00-dan etibarən 72 saat davam edəcəyi, bu müddətdə tərəflərin hərbi müdaxilələrinin dayandırılacağı bildirilir.

Atəşkəs açıqlamasında bildirilir: “Atəşkəsin qüvvədə olduğu müddətdə tərəfləri  soyuqqanlı olmağa çağırırıq. Atəşkəs ilə birlikdə tərəflər verdiyi sözü tam olaraq yerinə yetirməlidirlər. Bu müddətdə Qəzzada yaşayan mülki vətəndaşlar, vacib olan ehtiyyaclarını təmin edəcəklər. Cənazələrini dəfn edəcək, yaralılarını müalicə etdirəcək, qida ehtiyatlarını görə biləcəklər. Bundan başqa su və elektrik təmin edən qurğuların təmir edilməsi də bu zaman ərzində davam etdiriləcək”.

Atəşkəsin qalıcı olması üçün Misir baş rolda...

İsrail və Fələstin tərəfində heyyətlər, qalıcı bir atəşkəsə nail olmaq üçün, Misirin dəvətiylə Qahirəyə gedəcəklər. Tərəflər bu müzakirələrdə bütün problemləri ortaya qoyacaqlar.

Ortaq açıqlamada həmçinin, atəşkəsə nail olmaqda köməyi olan bütün bölgə ölkələrinə təşəkkür dilərək, qalıcı atəşkəs üçün Misir və tərəflərin dəstəklənməsinin vacib olduğu bildirilib.

Həmas təsdiqlədi

Həmas da, israil ilə 72 saatlıq atəşkəsə nail olunduğunu açıqlaylb.

Həmas təmsilçisi Sami Zühri, açıqlamasında, BMT-nin vasitəçiliyi ilə, İsraillə bu gün saat 06:00-da başlayacaq, 72 saatlıq atəşkəs müdətinə nail olduqlarını deyib.

Zühri, İsrailin anlaşmaya sadiq qalacağı müddətdə, Fəlstinli dirənişçi qrupların da anlaşmanı pozmayacaqlarını deyib.

Vüsal Qarayev

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!