31 İyul, 2014
Qəzzada Fələstin futbolunun ulduzu Əhəd Zakut öldürülüb

Qəzza zolağına İsrail Hərbi Hava Qüvvələrinin növbəti hücumunun gedişatında Fələstin futbolunun ulduzu, milli yığmanın sabiq yarımmüdafiəçisi Əhəd Zakut həlak olub.

Simsar.az-ın məlumatına görə, bu haqda Reuters agentliyi xəbər verib.

49 yaşlı Zakut yatarkən həlak olub, bomba onun evinə düşüb.

Zakut son illər məşqçilik fəaliyyəti ilə yanaşı Fələstin televiziyasında şou verilişi aparırdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!