31 İyul, 2014
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 1-də Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən Simsar.az-a verilən məlumata görə, Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Piter Svedberq keçirəcəklər.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!