31 İyul, 2014
Nazirlik: "Əsgərimizin snayper atəşi ilə şəhid olub"

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə atəşkəsin pozulması nəticəsində həlak olan hərbi qulluqçu ilə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, iyulun 31-də saat 17.00 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.

Döyüş mövqeyində təhlükəsizlik qaydalarının pozulması nəticəsində Silahlı Qüvvələrimizin 1992-ci il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Əhmədov Qaryağdı Eldar oğlu düşmən tərəfindən açılan snayper atəşi nəticəsində həlak olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!