31 İyul, 2014
“Neftçi” “Çixura”ya qalib gələ bilmədi – YENİLƏNİB

“Neftçi” - “Çixura” matçında üstünlük “Ağ qaralar”da olsa da oyunun sonuna qədər Bakı təmsilçisi hesabı aça bilmədi.

Turun taleyinə gələn həftə Gürcüstanda aydınlıq gələcək.

“Neftçi” - “Çixura”: 0-0

*** 20:48

“Neftçi” - “Çixura” matçının ilk hissəsində oyuna nəzarət “Ağ qaralar”da olsa da hesab açılmayıb.

“Neftçi” - “Çixura”: ilk hissə 0-0

***20:00

Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində  mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Neftçi” Gürcütanın “Çixura” klubu ilə qarşılaşır. Simsar.az xəbər verir ki, “Ağ-qaralar” ev oyununda sərfəli nəticə qazanmağa çalışacaq.

Türkiyədəki hazırlıq prosesində bu komanda ilə 2 dəfə qarşılaşan “Neftçi” rəqibini məğlub edə bilməmişdi – 2:3, 1:1.

Böyükağa Hacıyevin yetirmələri evdəki qələbəsiz oyunlar seriyasına son qoymağa çalışacaq.

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun

31 iyul

20:00. “Neftçi” (Azərbaycan) – “Çixura” (Gürcüstan)

Baş hakim: Kristian Balay

Bakı. “Bakcell Arena” stadionu

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!