31 İyul, 2014
Tanınmış azərbaycanlı teleaparıcı Fransada işgüzar səfərdə - ÖZƏL- FOTOLAR

Simsar.Az xəbər verir ki, Lider TV - nin populyar simalarından biri olan  Lamiyyə Ələkbərqızı Fransada işgüzar səfərdə olub.

Tanınmış teleaparıcı və rejissor maraqlı anlarla yadda qalan səfərini oxucularımız üçün belə şərh etdi :

"Fransaya mənə hər zaman dayaq olan  həyat yoldaşım, anam, eləcədə oğlanlarım Ayxan və Nicatla birlikdə yollanmışdım.

İş görüşmələrim 22-24 iyul tarixlərində olduğu üçün biz 5 gün öncədən bu ölkəyə getməyi qərarlaşdırdıq.

Uşaqlamın ən böyük arzusu idi "Disneyland"i görmək. Odur ki, ilk növbədə onların bu istəklərini reallaşdırdıq.

Fransa ilə yanaşı 3 gün də ailə üzvlərimlə birlikdə İtaliyaya getdik. Milanda da bəzi görüşmələrdə iştirak etdim.

Bir etiraf edim ki, Avropa nə qədər ecazkar olsa da Azərbaycanımın bir qarış torpağını heç bir ölkəyə dəyişmərəm.

Hansısa işləri reallaşdırmaq məqsədi ilə vətəndən uzaq olsam da doğma diyarımızı mənim üçün heç bir ölkə əvəz edə bilməz".

Qeyd edək ki, Lamiyyə  ötən gün Bakıya qayıdıb.  Simsar.Az teleaparıcının səfərini əks etdirən geniş fotosessiyanı oxucularına təqdim edir.

 

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!