31 İyul, 2014
“Koroğlu” metrosunun ətrafında hərəkət bərpa olunub

“Koroğlu” metrostansiyası ətrafındakı yolda tıxac aradan qaldırılıb. Artıq avtomobillərin hərəkəti bərpa olunub”. Bunu Simsar.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Qeyd edək ki, bu gün “Koroğlu” metrostansiyası yaxınlığındakı körpüdə intihara cəhd hadisəsi baş verib və buna görə həmin ərazidə hərəkət müvəqqəti olaraq məhdudlaşdırlıb. FHN əməkdaşları intihara cəhdin qarşısını alıblar.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!