31 İyul, 2014
Azərbaycan millisi Rusiya ilə qarşılaşacaq

Avro-2016-nın seçmə mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandasının keçirəcəyi yoxlama oyunlarında daha bir rəqibi məlum olub. Simsar.az xəbər verir ki, millimiz bu il Braziliyada təşkil olunmuş dünya çempionatının iştirakçılarından olan Rusiya yığması ilə qarşılaşacaq. Rusiya - Azərbaycan oyunu sentyabrın 3-də Moskva şəhərində keçiriləcək.

Qeyd edək ki, avqustun 20-də Berti Foqtsun yetirmələri Özbəkistan millisini qəbul edəcəklər.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!