31 İyul, 2014
Müəllim-tələbə heyətlərinin mübadiləsi aparılacaq - ÖZƏL

“İranla Azərbaycan arasında müəllim-tələbə heyətlərinin mübadiləsi aparılacaq”.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən Simsar.az-a məlumat verilib.

Bildirilib ki, İran İslam Respublikası Azərbaycan Respublikası ilə bütün sahələrdə, o cümlədən təhsil və elm sahəsində də əlaqələrini genişləndirmək istəyindədir. Bunun üçün müəllim-tələbə heyətlərinin mübadiləsi, elmi-praktik konfransların keçirilməsi və sair əməkdaşlıqların qurulmasına hazırlıq gedir. Yaxın günlərdə keçiriləcək müştərək iqtisadi komissiyanın iclasında bu məsələ də müzakirə olunacaq.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!