31 İyul, 2014
Qənirə Paşayeva intihara cəhd edən şəxsin köməyinə getdi

Bakıda “Koroğlu” metrostansiyasının yanındakı körpünün üzərinə çıxaraq intihar etmək istəyən şəxs millət vəkili Qənirə Paşayeva ilə görüşmək istəyib.

Qənirə Paşayeva bununla bağlı Simsar.az-a açılqamasında bildirib ki, hadisədən jurnalistlər vasitəsilə xəbər tutub. “İndi həmin şəxslə görüşə gedirəm. Bir adam özünü öldürmək istəyir və deyirsə ki, Qənirə Paşayevanı görmək istəyirəm, onunla görüşmək lazımdır. Yəqin ki, nəsə həll edə bilməyəcəyi problem var ki, intihara cəhd edib. Kaş ki, intihara cəhd etməzdən öncə gəlib mənimlə görüşərdi, öz dərdini, problemlərini deyərdi. Onun problemlərini həll etməyə çalışardıq”.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!