31 İyul, 2014
Elton Hüseynəliyev haqqında iki şad xəbər - FOTO

Simsar.Az xəbər verir ki, son zamanlar adı ən tələbatlı ulduz kimi hallanan Elton Hüseynəliyev haqqında iki xoş xəbər yayılıb.

Bu barədə ölkənin əsas prodüseri Tarix Əliyev (Tolik ) öz İnstagram səhifəsində fotolar paylaşıb.

Tolik, geniş açıqlamasını hər dəfə olduğu kimi bizim oxucularımız üçün etdi:

"Eltonla işləməyə başladığımız andan çoxları bu birliyin yaranmasını həzm edə bilmədi.

MaşAllah olsun, bir neçə aydır işləyirik və aramızda heç bir problem yoxdur.

Üzümü bəzi bədxahlarımıza tutub demək istəyirəm ki, siz Eltonun ardınca yalanlar uydurmaqla heç nəyə nail ola bilməyəcəksiniz.

O, ulduz kimi hər zaman öndədir. Elə iki ay öncə sizin saytınıza açıqlama verərək bildirmişdim ki, Eltonun Rusiyaya girişinə maneə yaradılıb.

Bu deport yox, müvəqqəti qadağa idi. Artıq qanuni yolla hər şey öz qaydasına düşüb.

Və  sözlərimi faktla təsdiqləyirəm. Kim inanmırsa,

Rusiyanın Federal Miqrasiya İdarərinin rəsmi saytına daxil olub görə bilər ki, artıq Eltonun Rusiyaya girişinə hansısa bir məhdudiyyət yoxdur.

İkinci xəbərim isə Elton Hüseynəliyevin avqustun 6-da 30 yaşının tamam olması ilə bağlıdır. İnşAllah həmin gün möhtəşəm ad günü partisi təşkil edəcəyəm.

Sürprizlərdən bol olacaq məclisin adı "30+1" dir. Bunun nə məna verdiyi ad günündə açıqlanacaq. Eltonu sevən dostlarımız həmin gecə bizimlə bir yerdə olacaqlar".

Şahin Cavadsoy

Simsar.Az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!