31 İyul, 2014
“NATO alyansa üzv ölkələri qoruya bilmir”

“NATO alyansa üzv ölkələrindən birinə Rusiya Federasiyası tərəfindən mümkün hücum təhlükəsinə hazır deyil. Hərçənd bu risk kiçikdir”. Simsar.az “Русский Курьер”-ə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Nazirlər Kabineti yanında Müdafiə Komitəsinin məruzəsində deyilir.

“Rusiyanın NATO-ya üzv dövlətlərə hücum riski hələ ki, kiçikdir, amma böyük məna kəsb edir. Biz əmin deyilik ki, NATO belə təhlükəyə hazırdır” - məruzədə deyilir.

Məruzə müəlliflərinin fikrincə, Rusiya Federasiyasının taktikası sürətlə dəyişir. Bu taktika informasiya müharibəsini, yığma qoşun döyüşçülərininin dəstəklənməsini və kiberhücumları özündə birləşdirir.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!