31 Mart, 2011
İstanbul-Bakı təyyarəsində qəza

Bakıda yaranan sıx duman təyyarələrin uçuş və enişinə mane olub

Bu gün Türkiyənin İstanbul şəhərindən Bakıya uçan sərnişin təyyarəsi qatı duman üzündən Heydər Əliyev beynəlxalq hava limanına enə bilməyib. “Azərbaycan Hava Yolları” QSC-nin xidmət rəisi Məhərrəm Səfərlinin ANS PRESS-ə verdiyi məlumata görə, təyyarə Gəncə şəhərinə enməli olub. Hazırda təyyarə sərnişinlərlə birgə Gəncədən-Bakıya uçuş etməyə hazırlaşır.

Xidmət rəisinin sözlərinə görə, dünən axşam saat 23.00 radələrində həyata keçirilməli olan Bakı-Aktau reysi hər iki şəhərdə hökm sürən duman səbəbindən bu gün saat 12.00-da yola düşəcək. Hələlik, başqa istiqamətlərdə uçan reyslərdə hər hansı problem yaranmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!