31 İyul, 2014
Uyğur türklərinin qətliamı davam edir

Çinin Sincan Uyğur Muxtar Respublikasında aksiyaçıların polis məntəqələrinə və rəsmi binalara hücumları nəticəsində meydana gələn atışmada onlarla insan ölüb və yaralanıb.

Simsar.az AFP Agentliyinə istinadən xəbər verir ki, atışma zamanı ölənlərin və yaralananların sayı 100-ə çatıb.  Dünya Uyğur Konqresinin nümayəndəsi  Dilşad Raşid hadisələrin Çinin sərt siyasətinə qarşı çıxan uyğurlara silahlarla cavab verilməsi nəticəsində hər iki tərəfdən də ölən və yaralananların olduğunu bildirib. Honq Konq mərkəzi “South China Morning Post” qəzetində isə ötən həftə meydana gələn hadisələrdə Qaşğar eli olan qəsəbədə 10 silahsız vətəndaşın öldürüldüyü, 22 aksiyaçının da polis tərəfindən vurularaq öldürüldüyünü iddia edib. Uğyur dilində adı Yarket olan qəsəbədə aksiyaçılar, rəsmi binalarla polis məntəqələrinə kəsici və odlu maddələr vasitəsiylə hücum ediblər. Çin polisi də aksiyaçılara atəşlə qarşılıq verib.

Çinin rəsmi xəbər agentliyi Şinhua hadisələrin əvvəlcədən planlaşdırılmış olduğunu iddia edir. Rəsmi bildirişlərə görə, 850 min insanın yaşadığı Yarkənddə əhalinin 96 %-dən çoxu uyğurlardan ibarətdir.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!