30 İyul, 2014
Adolf Hütter: “Reynaldonu bağışlamaq olardı”

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” “Zalsburq”u qəbul edib

Simsar.az xəbər verir ki, oyunsonrası jurnalistlərin suallarını cavablandıran Avstriya təmsilçisinin baş məşqçisi Adolf Hütter “Qarabağ” haqda xoş sözlər deyib: “Rəqib əzmkar oyun sərgilədi. İkinci hissə əlimizə düşən fürsətlərdən yararlana bilmədik və onlar qələbə qazandılar.. Reynaldo isə əlinə düşən şansı qola çevirdi. “Qarabağ erkən qol vurdu və sonra biz qırmızı vərəqə aldıq. İstəmədim ki, azlıqda qaldıqdan sonra hücum edək və yenə qol buraxaq. İkini hissədə isə say bərabərləşdikdən sonra daha yaxşı oynamağa başladıq. Səhv taktika ilə oynamadıq. “Qarabağ” bu oyunla sübut etdi ki, yaxşı komandadır. Amma biz də növbəti mərhələyə adlamaq istəyirik. Bu geriliyi aradan qaldırmağa çalışacağıq. Birinci hissədən narazı qaldım. İlk yarıda Qarabağ bizi üstələdi. Amma ikinci hissə fərqli oldu. “Qarabağ”ın çıxış etdiyi Azərbaycan Premyer Liqası ilə Avstriya çempionatı arasında fərq böyük olsa da, hər iki komanda ölkəsinin çempionudur. Oyun bərabər getdi. Buraxdığımız səhvləri müəyyən etmişəm. İkini oyunda bunları aradan qaldıracağıq.

Hakimlik haqqında isə danışmaq istəmirəm. Reynaldonun meydandan qovulmağı bizim üçün üstünlükdür. O gələn matçda oynamayacaq. Hakim 3 qırmızı vərəq verdi və birini bizim futbolçumuza göstərdi. Admir Teliyə verilən qırmızı vərəqə haqlı idi. Amma bizim futbolçumuza və Reynaldoya göstərilən vərəqələri bağışlamaq olardı".

Xatırladaq ki, “Qarabağ” – “Zalsburq” oyunu 2:1 hesabı ilə Azərbaycan çempionunun xeyrinə nəticələnib.

 

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!