30 İyul, 2014
Klubda yanğın

İsmayıllı rayonu, Soltankənd kəndində (rayon mərkəzindən 27 km aralı) ümumi sahəsi 950 kv.m olan birmərtəbəli kənd klubunun çardağının yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.

Simsar.az xəbər verir ki, klubun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!