30 İyul, 2014
"07" "Ford"la toqquşdu - Ölən və yaralanan var

Göygöldə ölümlə nəticələnən qəza baş verib.

Bu gün günorta saatlarında Göygöl rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gəncə şəhər sakini 53 yaşlı Rəşad Həsənovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Bakı şəhər sakini Ramin Əbdürrəhimovun idarə etdiyi "Ford" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2107"-nin sərnişini, Gəncə şəhər sakini 48 yaşlı Yeganə Xəlilova hadisə yerində dünyasını dəyişib. Avtomobilin sürücüsü Rəşad Həsənov və onun digər sərnişini, 74 yaşlı Gəncə sakini Məlahət Quliyeva müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər 3 saylı TTYX-nin reanimasiya şöbəsinə yerləşdirilib.

Digər nəqliyyat vasitəsinin sürücüsü isə qəzada yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!