30 İyul, 2014
Kənan M. M. azadlığa buraxıldı

Həbsdə olan rejissor Kənan Mahmudov (Kənan M. M.) azadlığa buraxılıb.

Simsar.az-ın xəbərinə görə, bu barədə APA-ya hüquq müdafiəçisi Elçin Behbudov məlumat verib. O, bildirib ki, K. Mahmudov Binəqədi rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Qeyd edək ki, Kənan M. M.  Vüqar Muradov adlı müğənninin şikayət ərizəsi əsasında iyulun 29-da həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq)  maddəsinə əsasən ittiham elan edilib. Lakin sonradan V. Muradov şikayət ərizəsini geri götürüb. Bundan sonra Kənan Mahmudov azadlığa buraxılıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!