30 İyul, 2014
İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının tikilməsi haqqında sərəncam imzalayıb.

Simsar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən Dövlət Miqrasiya Xidmətinə onun yeni inzibati binasının tikilməsi üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə də bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!