30 İyul, 2014
Qəzzada 4 saatlıq atəşkəs

İsrail ordusu Qəzza bölgəsində keçirdiyi əməliyyatı 4 saat müddətinə dayandırdığını bəyan edib.

Simsar.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 4 saatlıq atəşkəs yaralıların daşınması və mülki əhalinin təxliyəsi üçün nəzərdə tutulub.

Növbəti atəşkəs fasiləsi bütün Qəzza bölgəsinə yox, bir neçə sərhədyanı yaşayış məntəqəsinə şamil ediləcək. Bildirilir ki, atəşkəs fasiləsi 19:00-da (Bakı vaxtı ilə saat 20:00-da) başa çatacaq.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!