30 İyul, 2014
Turizmin mərkəzində ən böyük TELESKOP

Yaponiya və ABŞ cari ilin payızında dünyanın ən böyük teleskopunun inşasına başlamağı planlaşdırır. Birgə layihənin ilk təməlqoyma mərasimi oktyabrda Havay adalarında keçiriləcək.

Tikinti dəniz səviyyəsindən 4 min metr hündürlükdə, Havay adalarının Mauna-Kea vulkanının zirvəsində aparılacaq. Teleskopun iri güzgüləri 500 seqmentdən quraşdırılacaq, onların diametri isə 30 metri ötəcək. İşlərin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Yaponiya tərəfi dünyanın ən iri teleskopunun inşasına xərclərin təxminən dörddə bir hissəsini öz üzərinə götürərək, bu məqsədlər üçün 37,5 milyard yen (367 milyon dollar) sərf edəcək. “Biz tikinti işlərinin tezliklə başlayacağına çox sevinirik. Bu teleskop sayəsində biz Yer kürəsini tamam başqa şəkildə görə biləcəyik”, - Yaponiya Milli Rəsədxanasının mütəxəssisləri qeyd ediblər.

Mauna-Kea vulkanının zirvəsindəki rəsədxana şəhərlərdən uzaq məsafədə yerləşir. Bu, həm zahiri, həm də infraqırmızı spektrdə müşahidələrin aparılmasına imkan verəcək.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!