30 İyul, 2014
“Atletiko” “Arsenal”ın ulduzuna elçi düşdü

Santi Kazorla madridlilərin hədəfindədir

Simsar.az xəbər verir ki, bu barədə “AS” qəzeti məlumat yayıb. Xəbərdə futbolçunun növbəti mövsüm “La Liqa”da çıxış edə biləcəyi vurğulanıb. Artıq “Atletiko”nun London təmsilçisinə 20 milyon avro təklif etdiyi də bildirilib.

Qeyd edək ki, 2012-ci ildən “Arsenal” forması geyən 29 yaşlı yarımmüdafiəçi 69 oyunda 16 dəfə fərqlənməyi bacarıb.

 

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!