30 İyul, 2014
AB Rusiyaya qadağa qoydu

Avropa Birliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyaların genişləndirilməsi haqda qərar qəbul edib.

Simsar.az xəbər verir ki, yeni sanksiyaların əsas hədəfində Rusiya iqtisadiyyatı durur. Yeni sanksiyalara uyğun olaraq Avropa Birliyinə daxil olan 28 ölkə gələcəkdə Rusiyaya silah satmayacaq. Bundan əlavə, neft-qaz sektorunda istifadə edilən bəzi texnologiyaların istifadəsi məhdudlaşdırılacaq. Həmçinin bəzi rus bankları Avropanın maliyyə sektorundan uzaqlaşdırılacaq. Avropa Birliyi Putinin yaxın ətrafında olan şəxslərə qarşı tətbiq etdiyi sanksiyaları da genişləndirəcək. Sanksiya tətbiq ediləcək şəxslərin siyahısı bu gün açıqlanacaq.

Qəbul edilən qərarların dərhal qüvvəyə minəcəyi bildirilib.

ABŞ-ın da Avropa Birliyi kimi oxşar sanksiyalar tətbiq edəcəyi açıqlanıb.

Qeyd edək ki, Avropa Birliyinin Rusiyaya qarşı sanksiya tətbiq etməsinin səbəbi olaraq Ukraynanın şərqində baş verən böhran göstərilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!