30 İyul, 2014
“İsraili terrorla qorxutmaq mümkün deyil” – ARYE GUT

“İsrail bütün dünyada terrorizmə qarşı mübarizə aparır”

Simsar.az xəbər verir ki, bunu İsrail Azərbaycan Beynəlxalq Təşkilatının idarə heyətinin üzvü, politoloq Arye Gut deyib. O bildirib ki, HƏMAS bu gün xəstəxanalardan, məktəblərdən və adi mənzillərdən İsrailə raket atəşləri açır. Biz raketlərdən və "Dəmir Qübbə" sistemindən istifadə edərək, İsrail vətəndaşlarını qoruyuruq. HƏMAS isə raketlərini qorumaq üçün adi fələstinlilərdən insan qalxanı kimi istifadə edir.

Politoloqun sözlərinə görə,  HƏMAS-ın terrordan və müharibədən başqa heç bir prioriteti yoxdur. Məqsəd yalnız İsrailə daha çox zərbə vurub, onu dünya xəritəsindən silməkdir. Lakin hər şeyə rəğmən, İsrail dövləti terror qurumu tərəfindən idarə olunan əraziyə işıq, qaz, neft, ərzaq göndərir: “Raketlərlə və bombalarla dövlətçilik qurmaq, İsraili terrorla qorxutmaq mümkün deyil. Xalqımız bütün bu əziyyətlərə dözməyə hazırdır”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!