30 İyul, 2014
Qəzzada ölənlərin sayı 1280-a çatdı

İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlar zamanı ölənlərin sayı 1280-ə, yaralıların sayı isə 7100-ə çatıb.

Simsar.az xəbər verir ki, Qəzzada vəzifəsini davam etdirən köhnə Fələstin hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra, Anadolu Agentliyinin müxbirinə verdiyi şərhdə, İsrailin faziləsiz davam edən hücumları zamanı, axşam 09:30-a qədər 28 adamın həyatını itirdiyini söyləyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Mühacirlərə Kömək Təşkilatına (FMKT) bağlı olan bir məktəbə təşkil edilən hücum zamanı həyatını itirənlərin say isə 15-ə çatıb.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!