30 İyul, 2014
Baş Prokurorluqdan Leyla Yunusla bağlı AÇIQLAMA

Baş Prokurorluq Sülh və Demokratiya İnstitunun (SDİ) direktoru Leyla Yunusun saxlanılması ilə bağlı məlumat verəcək.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Simsar.az-a bildirib ki, bir qayda olaraq Baş Prokururluq Leyla Yunusla bağlı mütəmadi açıqlamalar yayır: “Bu baxımdan jurnalistləri səbrli olmağa dəvət edirəm. Bununla bağlı da açıqlamamız olacaq”.

Qeyd edək ki, Sülh və Demokratiya İnstitunun (SDİ) direktoru Leyla Yunus bu gün səhər Milli Şuranın təşkil etdiyi narkotiklərə qarşı mübarizəyə həsr olunan tədbirinə qatılmaq üçün gedən zaman 3 nəfər şəxs tərəfindən avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!