30 İyul, 2014
ABŞ-dan Kürd neftinə ağır zərbə

ABŞ məhkəməsi, Şimali İraq neftinin İraq mərkəzi hökumətinin icazəsi olmadan satılmayacağı səbəbindən, Texas sahillərinə çatan tankerlərdəki neftin müsadirə olunmasına qərar verib.

Texas ştatının Qalveston Bay limanına 6-cı gün çatan Şimali İraq neftiylə yüklü United Kalavrvta adlı tanker, təxminən 100 milyon dollar dəyərində, 1 milyon barellik neftlə birlikdə limana lövbər atıb, boşaldılmağı gözləyirdi.

Şimali İraq meftinin Bağdad hökumətinin icazəsi olmadan beynəlxalq bazarda satışına qarşı çıxan, ABŞ hökumətinin bu fikrindən daşınıb-daşınmayacağı maraqla gözlənilərkən, ABŞ məhkəməsi neftlə dolu tankerin müsadirə olunması qərarını çıxarıb.

ABŞ xarici işlər nazirliyinin nümayəndəsi Marie Harf, məsələylə bağlı açıqlamasında, ABŞ hökumətinin Şimali İraq neftiylə bağlı fikrinin dəyişmədiyini, lakin şirkətlərarası ticarət faliyyətlərinə müdaxilə etməyəcəklərini bildirmişdi. Lakin Harf, ABŞ şirkətlərinin Şimali İraq neftini satın alacaqları halda ortaya çıxa biləcək qanuni ixtilaflara qarşı da xəbərdarlıq etmişdi.

Şimali Kürd hakimiyyətinə ağır zərbə

Bağdad hökumətinin dünən petrol yüklü tankerin olduğu bölgədə yerləşən məhkəmədə açdığı dava bu gün başa çatıb. Cənubi Texas Regional Məhkəməsinin hakimi Nancy Conson Bağdad hakimiyyətinin lehinə qərar verərək, tankerdə gözləyən 100 milyon dollar dəyərindəki, 1 milyon barellik xam neftin müsadirə olunmasına hökm çıxarıb.

Məhkəmənin bu qərarından sonra, 1 milyon barel neftin nə ediləcəyi ilə bağlı heç bir məlumat yoxdur. Nefti alacaq şirkətlərin isə adları açıqlanıb. Məhkəmə nefti boşaltdıqdan sonra gəminin sərbəst olacağı hökmünü də verib.

Bu hüquqi qərarın neft satışlarını müstəqil olaraq həyata keçirmək istəyən Şimali İraq Regional Kürd hakimiyyətinə bir zərbə olduğu bildirilir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!