30 İyul, 2014
Bu rayonlarda qaz olmayacaq

Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, qaz şəbəkəsində təmir işlərinin aparılması və qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 18:00-dək Sabunçu, Ağstafa, Şamaxı, Ucar, Qazax və Biləsuvar, saat 14:00-dan 18:00-dək Xətai, işlər başa çatanadək isə Şəki rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!