30 İyul, 2014
Türkiyədə daha 11 polis həbs edildi

Türkiyədə "paralel dövlət"ə qarşı keçirilən əməliyyat nəticəsində həbs olunanların sayı getdikcə artır.

Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda qeyri-qanuni dinləmələrlə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 49 nəfərdən 11 həbs edilib.

Saxlanılan polis məmurlarının arasında sabiq İstanbul terrorla mübarizə şöbəsinin müdiri Yurd Atayün də var. O, cəsusluqda ittiham edilir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!