30 İyul, 2014
Yaralanan əsgərin vəziyyəti ağırdır

Erməni silahlı bölmələrinin dünən axşam saatlarında atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi yaralanıb.

Simsar.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü, Ağstafa rayonundan çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Mustafayev Tural Natiq oğlu ilkin tibbi yardım göstərildikdən sonra, hospitala yerləşdirilib.

Hərbçinin vəziyyəti sabit-ağırdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!