31 Mart, 2011
Kosovo lideri istefa verdi

Bu barədə onun köməkçisi İbrahim Haşi məlumat verib

Kosovo lideri Behcət Pakolli Konstitusiya məhkəməsinin onun bölgənin rəhbəri seçilməsini qeyri-qanuni hesab edən qərarından sonra vəzifəsindən istefa verib. 
«Kosovo Respublikasının prezidenti Behcət Pakolli Konstitusiya məhkəməsinin qərarına hörmətlə yanaşır. Pakolli Konstitusiyanı pozmadığına görə yeni prezident seçkilərində koalisiyanın namizədi olacaq», deyə Haşi bildirib.

Bu gün Kosovo Konstitusiya məhkəməsi bölgənin rəhbəri Behcət Pakollinin istefa verməsinin zəruriliyi barədə qərar çıxarıb.

İki gün əvvəl Konstitusiya məhkəməsi Pakollinin seçilməsini qeyri-qanuni hesab edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!